Məmmədyarov: Karlsenlə oyunda hər ikimizə çətin olacaq
20 aprel 2014 00:38
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov azərisport.az saytına açıqlamasında Shamkir Chess 2014 turnirinin ilk turunda dünya çempionu Maqnus Karlsenlə görüşü barədə danışıb:
"İlk turda dünya çempionuna qarşı oynamaq maraqlıdı. Bu yarışda asan partiya olmayacaq. Ona görə də hər zaman diqqətli olmaq lazımdı. Fikrimcə, ikimizə də çətin olacaq. Karlsen güclü şahmatçıdı. Amma biz də dostumuz Vüqar Həşimovun ilk xatirə turnirində qələbə qazanmaq istəyirik".