Euronews Şəmkir turnirini işıqlandıracaq
19 aprel 2014 00:11
Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2014” beynəlxalq turnirin açılış mərasimində ailə üzvləri, rəsmilərlə yanaşı Rusiyanın və Norveçin Azərbaycanda fövqəladə və səlahiyyətli səfirləri də iştirak edəcək. Azerisport.az xəbər verir ki, mötəbər yarışı işıqlandırmaq üçün Rusiya, Norveç, İngiltərə, Hollandiya və Almaniyadan olan jurnalistlər qeydiyyatdan keçib.
Yarışla bağlı xüsusi reportaj hazırlamaq üçün Euronews və Rusiyanın NTV kanalının əməkdaşları Şəmkirə ezam olunacaq.
Qeyd edək ki, turnirin açılış mərasimi sabah Şəmkirdə yerləşən Heydər Əliyev mərkəzində keçiriləcək.
Qeyd edək ki, turnirin açılış mərasimi sabah Şəmkirdə yerləşən Heydər Əliyev mərkəzində keçiriləcək.