Maqnus Karlsen: Azərbaycana Vüqar Həşimovun xatirə turnirini qazanmağa gəlmişəm
17 aprel 2014 21:21
Şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen azerisport.az saytına müsahibəsində bildirib ki, aprelin 20-də Şəmkirdə başlayacaq Vüqar Həşimovun xatirə turnirini qazanmaq niyyətindədir:
- Sizi Azərbaycanda salamlamağa şadıq. Təəssüratlarınız?
- Şadam ki, yenidən ölkənizə səfər etmişəm. Vüqar Həşimovun xatirə turnirinə hazırlığımı Omanda keçmişəm. Yarışın başlanmasını səbirsizliklə gözləyirəm və ümid edirəm ki, bütün qonaqlar iştirakdan məmnun qalacaqlar.

- Bir neçə il qabaq siz Bakıya FIDE-nin Qran-Pri yarışına buyurmuşdunuz və üçüncülüyü qazanmışdınız. Bu səfəri xatırlayırsınız?
- Əlbəttə, xatırlayıram. O yarışı Vüqar Həşimov qazanmışdı. O, böyük şahmatçı idi. Onun partiyaları indiyədək müzakirə mövzusudur. Təəssüf ki, o, bizimlə deyil.

- İddiaçıların turnirini Vişvanatan Anand qazandı və bu, o deməkdir ki, siz onunla yenidən şahmat tacı uğrunda mübarizədə görüşəcəksiniz...
- Anand haqda danışmaq, hələ tezdir. Mən bütün fikirlərimlə Şəmkir turnirinə köklənmişəm. Bu səbəbdən gəlin, bu yarış haqda danışaq.

- Bu, sizin qələbə üçün gəldiyiniz anlamına gəlir?
- Bəli və mən heç gizlətmirəm ki, bu turniri qazanmaq istəyirəm. Əlbəttə, bütün rəqiblərimə hörmət edirəm və bilirəm ki, gərgin mübarizə gedəcək. Başa düşürəm ki, rəqiblərim mənə qarşı partiyalarda qələbə üçün hər şey edəcəklər. Ancaq mən Azərbaycana Vüqar Həşimovun xatirə turnirini qazanmağa gəlmişəm.

- Yarışın favoriti olduğumuzu anlayırsınız?
- Bunu bilirəm. Ancaq bu adı hələ doğrultmaq gərəkdir. Yarışın hər bir iştirakçısı birinci yer uğrunda mübarizə aparacaq. Qələbə asan olmayacaq. Ancaq yenə də təkrar edirəm: Azərbaycandan qələbə ilə getmək istəyirəm.

Qeyd: Maqnus Karlsenlə yanaşı, yarışda Fabiano Karuano, Sergey Karyakin, Hikaru Nakamura, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov mübarizə aparacaqlar.