Pərviz Bağırov da 1/4 finala vəsiqə qazandı
9 oktyabr 2015 20:30
Pərviz Bağırov (69 kq) dünya çempionatının 1/8 final mərhələsində qələbə qazanıb. Azerisport.az xəbər verir ki, milli komandamızın üzvü meksikalı Marvin Kabrera ilə görüşdə rəqibdən bir baş üstün təsir bağışlayıb.
Nəticədə, 3 raunddan sonra hər 3 hakim həmyerlimizin üstünlüyünü qeydə alıb - 3:0. Boksçumuz 1/4 final mərhələsinda Kuba təmsilçisi Roniel İqlesiasla üz-üzə gələcək. İqlesias Pekin Olimpiadasının bürünc, London Olimpiadasının isə qızıl medalçısıdır. O, 2009-cu ildə Milanda keçirilən dünya çempionatında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu görüş oktyabrın 10-da keçiriləcək.