Hacıyeva bürünc medal qazandı
22 may 2015 19:30
Çin Xalq Respublikasının Taypey şəhərində yeniyetmə və gənclər arasında boks üzrə dünya birinciliyində finalçılar məlum olub. Azerisport.az xəbər verir ki, gənclərin yarışında çıxış edən milli komandamızın üzvü Alina Hacıyeva (+81 kq) yarımfinalda rusiyalı Marina Şişmarayevaya məğlub olub - 0:3.
Bununla da boksçumuz dünya birinciliyini bürünc medalla başa vurub.
Qeyd edək ki, yarışda ölkəmizi təmsil edən digər boksçularımız Viktoriya İsmayılova (51 kq) və Aliyə Vəlizadə (54 kq) mükafatçılar sırasına düşə bilməyiblər.