Fotoreportaj|Video|На русском

Boks

Onur Sipal: İndi siz boksda bizdən öndəsiz

24 yanvar 2015 13:00

Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində AİBA Pro Boxing (APB) turnirində çəkisi 69 kq olan boksçular mübarizə apacaq. Azerisport.az xəbər verir ki, gecənin əsas döyüşündə Türkiyə idmançısı Onur Sipal keniyalı Rayton Okviri ilə qarşılaşacaq.

Bu döyüşdə qalib gələn boksçu APB-nin kəmərinə sahib olmaqla yanaşı, həm də Rio Olimpiadasına vəsiqə əldə edəcək. Türkiyə milli komandasının üzvü vacib qarşılaşmadan öncə ABF-nin Mətbuat Xidmətinin suallarını cavablandırıb.

- Okviri ilə çox vacib bir görüşə çıxacan. Artıq APB-də bir dəfə bu rəqibini məğlub etmisən. Bu dəfə döyüşdən əvvəl özünü necə hiss edirsən?
- 35 gün müddətində yaxşı hazırlıq keçdik. Okviri ilə bir dəfə qarşılaşdığımdan onun döyüş üslubuna bələdəm. Ancaq bu dəfə rəqibim revanş almaq üçün əlindən gələni edəcək. Ötən qarşılaşmadan fərqli olaraq, bu dəfə daha çətin olacaq. Həlledici döyüşdür və qalib Olimpiadaya vəsiqə əldə edəcək. İnanıram ki, məhz Bakıda Rio Olimpiadasına getmək tapşırığının öhdəsindən gələcəm.

- Final olduğundan bu dəfə siz digərlərindən fərqli olaraq, 8 raund mübarizə aparmalı olacaqsınız. İlk dəfə 8 raund döyüşəcən, buna hazırsanmı? 
- Təkcə mən yox, rəqibim də ilk dəfə 8 raund rinqdə olmalıdır. Yəni bu çətinlik ikimizə də aiddir. Türkiyədəki təlim-məşq toplanışında buna xüsusi hazırlaşmışıq. İki sparinq rəqibim var idi və hərəsi ilə 4 raund çalışırdım. Mən əvəllər WSB liqasında “İstanbuls” klubunun heyətində çıxış etmişəm. Orada 5 raund döyüşürdük. Yəni artıq müəyyən qədər təcrübəm var.

- Biz səni Türkiyə milli komandasının heyətindən tanıyırıq. Olimpiya boksunda dünya və Avropa çempionatlarında iştirak etmisən. 2008-ci ildə Pekin Olimpiadasında mübarizə aparmısan. Nece oldu ki, APB-də çıxış etməyi qərara aldın?
- Əslində öncədən bilirdim ki, AİBA belə bir proekt üzərində işləyir. Bu yarış idmançılara peşəkar qaydalarla döyüşərək, Olimpiya oyunlarında iştirak etmək imkanı verir. APB-nin rəhbərliyindən belə bir təklif gəldikdə isə bunu müsbət cavabladım. Ümumiyyətlə, həmişə peşəkar boksa marağım olub. Belə bir lahiyəyə start verilməsi ürəyimcə oldu.

- Turnirin Bakıda keçirilməsi qələbəndə nə dərəcədə rol oynadı? 
- Hər dəfə mətbuat konfranslarında da qeyd edirəm ki, burda özümü evdəki kimi hiss edirəm. Heç bir çətinliyim yoxdur. Azərbaycan Boks Federasiyasına da təşəkkür edirəm ki, yarışı bu cür təşkil edib. “Sərhədçi”də rinqə çıxanda azarkeşlər hamısı mənə dəstək olurlar. Bir daha onlara “çox sag ol” deyirəm. Allah hər birindən razı olsun.

- Türkiyə boksunda son illərdə bir durğunluq yaşanır. Komanda London Olimpiadasında, eləcə də son dünya və Avropa çempionatlarında medalsız qaldı. Bunun səbəbi nədir? 
- Əvəllər Türkiyə komandası qatıldığı hər yarışdan medalla dönərdi. Amma son illərdə həqiqətən də vəziyyət bizim ziyanımıza olaraq dəyişdi. Azərbaycan isə həm Olimpiya oyunlarında,  həm də dünya çempionatında uğurla çıxış etdi. Etiraf etməliyəm ki, indi siz boksda bizdən öndəsiz. Məncə, Azərbaycan milli komandası ilə birgə təlim-məşq toplanışları bizim xeyrimizə olardı. Belədə gənc boksçularımız da təcrübələrini artıra bilərdilər.

- Azərbaycan boksçularından kimləri tanıyırsan və onlar haqda fikirlərin də maraqlıdır. 
- Almatıda dünya çempionatında Cavid Çələbiyev və Məhəmmədrəsul Məcidov 1-ci yeri tutdu. Məcidov həm də APB-də çıxış edir. Bundan başqa bizim çəkidə Tamerlan Abdullayev də var. Əvvəlki idmançılardan isə Romal Amanovu, Emil Məhərrəmovu qeyd edə bilərəm. Dəfələrlə onlarla müxtəlif beynəlxalq yarışlarda qarşılaşmışıq. İndi də yaxşı münasibətlərimiz var.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah