Tamerlan Abdullayev AİBA Pro Boxing turnirində finala çıxdı
21 dekabr 2014 00:20
“Sərhədçi” İdman Olimpiya Mərkəzində Beynəlxalq Boks Federasiyasının “AIBA Pro Boxing” (APB) turniri çərçivəsində 69 kiloqram çəki dərəcəsi üzrə yarış keçirilib. Azerisport.az xəbər verir ki, son döyüş Azərbaycan boksçusu Tamerlan Abdullayev ilə avstriyalı Markos Nader arasında keçirilməli idi.
Lakin Markos Nader görüşə çıxmaqdan imtina etdiyinə görə, Tamerlan Abdullayev birbaşa final mərhələsinə adlayıb. Rəqib ümumiyyətlə Bakıya gəlməyib.
Qeyd edək ki, bu qələbədən sonra Tamerlan Abdullayev yarışın final mərhələsinə vəsiqə qazanıb.