Fotoreportaj|Video|На русском

Boks

Rizvan Gənciyev: Əks halda onlar lisenziyadan məhrum ola bilərlər

16 oktyabr 2014 14:15

“Baku Fires” klubunun boksçuları Azərbaycan kuboku yarışında 5 qızıl, 1 gümüş və 3 bürünc medal qazanaraq, qeyri-rəsmi komanda hesabında birinci oldu. Azerisport.az xəbər verir ki, klubun baş meneceri Rizvan Gənciyev ABF-nin Mətbuat Xidmətinə verdiyi müsahibədə Azərbaycan kubokunun nəticələri, WSB  liqasının yeni mövsümünə hazırlıq və AİBA Proboxing proektindən danışıb.

- “Baku Fires” klubunun boksçuları Azərbaycan kuboku yarışında 5 qızıl medal qazandı. Yəqin ki, nəticələrdən razı qalmısız?
- Turnirdən öncə güman edirdim ki, 6 boksçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq. 56 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Qurbanov ilk görüşdə uduzaraq,  ümidlərimizi doğrultmadı. Ümumilikdə, nəticələri qənaətbəxş saymaq olar. Həm də nəzərə almaq lazımdır ki, biz yalnız 8 çəki dərəcəsində təmsil olunurduq.  49 kq çəki dərəcəsində gücünü sınayan Məhəmməd İbiyev bürünc medal əldə etdi. Bu onun üçün pis nəticə deyil. Çünki İbiyev gənc idmançıdır, hələ təcrübəsini artırmalıdır. Klubumuzun bir çox üzvləri ilk dəfə olimpiya boksu yarışında iştirak etdilər. WSB liqası ilə olimpiya boksu tam fərqli turnirdir. Orada idmançılar 5 raund döyüşür. Məsələn, Məhəmməd Qurbanov hələ 2-ci raunddan sonra özünə gəlməyə başladı. Artıq gec idi. O, 3-cü hissədə qalib gəlsə də, bu ümumi qələbəyə yetmədi.

- Xaybulla Musalov turnirin favoritlərindən sayılsa da, o yalnız 3-cü oldu. Onun bu cür uğursuz çıxışını necə qiymətləndirirsiz?
- Həm Musalov, həm də Qurbanov ya rəqibi lazımınca qiymətləndirmədilər, ya da məşq prosseslərinə ciddi yanaşmamışdılar. Hər halda biz bunu təhlil edib, səbəbləri müəyyən edəcəyik. Musalov son Azərbaycan çempionatında çox rahatlıqla qızıl medal qazandı.  Hətta əksər rəqiblərini nokautla məğlub etdi. Yəqin fikirləşdi ki,  indi də belə olacaq. Amma Kamran Şahsuvarlı yarışa yaxşı hazırlaşmışdı. Bu dəfə Şahsuvarllı Musalovdan Azərbaycan çempionatındakı məğlubiyyətin revanşını ala bildi. Onların uduzması bir tərəfdən yaxşı olıdu. Artıq anladılar ki, rəqabət var. Və istənilən vaxt komandada öz yerlərini itirə bilərlər. Odur ki, bundan sonra bu cür yarışlara daha ciddi yanaşmalıdırlar.

- Oktyabrın 24-də  AİBA-nın yeni layihəsi – AİBA Proboxing turniri start götürür. Bu proyektdən nə gözləyirsiz?
- Yeni turnir olduğundan bizim üçün asan olmayacaq. Əvvəlcə 6 raund, final döyüşləri isə  10 raund nəzərdə tutulub. Yarışın sonunda boksçulara Olimpiya oyunlarına lisenziya veriləcək deyə, gərgin rəqabət gedəcək. AİBA Proboxing-də ölkəmizi təmsil edəcək hər 3 boksçumuza uğurlar arzulayıram.

- Sizin klubun üzvü Məhəmmədrəsul Məcidov sonuncu dəfə rəsmi yarışda 1 il əvvəl – Qazaxıstanda dünya çempionatında çıxış edib. Onun üçün çətin olmayacaq ki?
- Bəli, Məcidovun yarış təcrübəsi yoxdur. Həm də nəzərə almaq lazımdır ki, onun rəqibi rumıniyalı Mixay Nistor super ağır çəki dərəcəsində ən güclülürdən biridir. Biz onu WSB liqasından tanıyırıq. Çox sürətli, yorulmaq bilməyən boksçudur. Arslanbek Mahmudov onu yalnız 5-ci raundda nokaut hesabına məğlub etdi. Amma bilirik ki, Məcidov xarakterli idmançıdır. O, qarşısına məqsəd qoyanda buna nail ola bilir. Odur ki, 2 qat dünya çempionumuzun AİBA Proboxing yarışında da uğurla çıxış edəcəyinə inanırıq.

- Olimpiya boksu, WSB ola-ola, AİBA Proboxing-i yaratmağa nə ehtiyac vardı?
- AİBA bayrağı altında çıxış edən bir çox boksçular Olimpiya oyunlarından sonra peşəkarlar arasında döyüşməyə başlayırdılar. Bu onların peşəkar boksda daha çox pul qazanması ilə bağlı idi. AİBA bunun qarşısını almaq üçün AİBA Proboxing layihəsini yaratdı. Məhəmmədrəsul Məcidovun  bu yarışda çıxış etməsi üçün AİBA tərəfindən ona 100 000 funt sterlinq ödənildi. Yəni müqavilə şərti belə idi. Əslində Məcidova amerikalı promoterlər tərəfindən təklif gəlmişdi. Onu peşəkar boksa dəvət edirdilər. Amma boksçumuzun qarşısında duran əsas məqsəd Rio Olimpiadasında qızıl medal qazanmaqdır. Ona görə də Məcidov bundan imtina etdi.

- Ümumdünya Boks Seriyasının (WSB) yeni mövsümünə hazırlıq nə vaxt başlayacaq?
- Biz ilk təlim-məşq toplanışımıza noyabrın 4-də başlayacağıq. Komandamız Elbrus dağının ətəyində dəniz səviyyəsindən 2700 metr yüksəklikdə ümumi fiziki hazırlıq keçəcək. 22 günlük hazırlıqdan sonra 1 həftə istirahət olacaq. İkinci toplanışımız  dekbarın 3-dən 24-ə kimi Kislavodskda olacaq. Son olaraq isə Qubada hazırlıq keçəcəyik. Ötən mövsüm olduğu kimi bu dəfə də biz rəqiblərimizi Quba Olimpiya Kompleksində qəbul edəcəyik. Məşqçilərin qarşısına 3 lisenziya qazanmağı məqsəd qoymuşuq. Ümumdünya Boks Seriyası Rio Olimpiadasına 17 vəsiqə verəcək. Bu dəfə mövsüm daha gərgin keçəcək. Komandaların sayı artıb. Qrafik də çətindir. Demək olar ki, bir həftədən bir görüş keçirməli olacağıq. Uşaqları zədədən də qorumalıyıq ki, əks halda onlar lisenziyadan məhrum ola bilərlər.

- Komandada nə kimi dəyişikliklər olacaq? Azərbaycan kubokundan sonra hansı boksçuları “Baku Fires”in heyətinə cəlb etməyi düşünürsüz?
- Tural Əhmədov (56 kq), Pərviz Bağırov (69 kq) kimi boksçular yaxşı təsir bağışladı. Onlar yəqin ki, gələn mövsümdə bizim komandanın heyətində olacaq. 49 kq çəki dərəcəsində aşkar lider yoxdur. 60 kq çəki dərəcəsində Elvin İsayevi də götürə bilərik. O, finalda uduzsa da, yaxşı təsir bağışladı. Heybətulla Hacəliyev, Elvin Məmişzadə kimi boksçular komandada qalacaq. 91 kq çəki dərəcəsində bizdə ciddi probləmlər var. Təssüff ki, Teymur Məmmədov 5 raund döyüşə bilmir. Onun üçün çətindir. Heyətin əsasını qoruyub saxlayacağıq.  Noyabrda Koreyanın Jeju şəhərində WSB liqasının draftı olacaq. Orada bəzi legionerləri komandaya cəlb edərək, heyəti tam komplektləşdirəcəyik.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah