İkinci oyun, birinci qələbə
11 iyul 2016 14:40
Basketbol üzrə Avropa Çempionatının C divizionu çərçivəsində U-18 milli komandamız (oğlanlar) iyulun 10-da Cəbbəlütariq komandası ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, Tahir Baxşıyevin yetirmələri bu qarşılaşmada təşəbbüsü əldən verməyərək rəqib üzərində böyük üstünlüklə qələbə qazanıblar (89:54 /21-13, 18-16, 27-18, 23-7/).
Xatırladaq ki, ilk oyunda millimiz Andorraya uduzmuşdu.
Növbəti oyun iyulun 12-də Bakı vaxtı ilə 14:30-da Monako yığmasına qarşı keçiriləcək.