NTD-nin finaldakı rəqibi bəlli oldu
1 may 2016 15:00
Basketbol üzrə Azərbaycan çempionatının finalçıları müəyyənləşib. Azerisport.az xəbər verir ki, NTD daha öncə finala vəsiqəni təmin etmişdi.
"Bakı" ilə AZTOP isə yarımfinal görüşlərində hərəyə bir qələbə qazandığından, tərəflər üçüncü dəfə üz-üzə gəlməli olublar. Daha güclü olan AZTOP 97:72 hesabı ilə qalib gələrək ümumi hesabda 2:1 üstün olduğuna görə, adını finala yazdırıb.
Beləliklə, mayın 7-də keçiriləcək final qarşılaşmasında NTD ilə AZTOP üz-üzə gələcək.