Ölkə çempionatına start verilir
31 oktyabr 2014 16:40
Noyabrın 1-də Azərbaycanın basketbol üzrə 22-ci ölkə çempionatına start verilir. Azerisport.az xəbər verir ki, yarışlar "The Club Port Baku"nun idman zalında keçiriləcək.
Ölkə çempionatında 8 komanda (Bakı, Dərviş, BDU, NTD, Baku Oilers, AZTOP, Qala və Araz Naxçıvan) iştirak edəcək. Çempionatın dairəvi üsulla keçirilməsi gözlənilir.