Azərbaycan basketbolunda ilk
25 aprel 2014 14:18
Aprelin 27-də Cəlilabad şəhərində 3X3 basketbol üzrə kişilər arasında 1-ci Azərbaycan Turuna start veriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan basketbol tarixində ilk dəfə təşkil olunan bu yarışma ölkəmizin dörd (4) (Cəlilabad, Şəki, Gəncə və Şırvan) şəhərində keçiriləcək.
3X3 basketbol üzrə I Azərbaycan Turu dörd mərhələdən ibarətdir. Hər mərhələdə bütün komandalara tutduqları yer nisbətində xallar hesablanacaq. Finalda (dördüncü mərhələ) ümumi xal hesabına görə I Azərbaycan Turunun qalibi müəyyən ediləcək.