Fotoreportaj|Video|На русском

Bakı-2015

Bakı-2015 alovu Şirvan və Hacıqabulda oldu

5 may 2015 21:00

Bakı 2015 Avropa Oyunlarının Alovunu bu gün Şirvan və Hacıqabul şəhərlərinin sakinləri salamlayıblar. Azerisport.az xəbər verir ki, yayı çox quraq keçən mülayim isti iqlimi olan Şirvan şəhərinin əvvəlki adları şəxsiyyətlərlə bağlı olub. 1938-ci ilə qədər onu rus generalı Valerian Zubovun şərəfinə Zubovka adlandırıblar. Sonrakı adı bolşevik Əli Bayramovun xatirəsinə Əli Bayramlı olub. 2010-cu ildə isə şəhərə yerləşdiyi tarixi vilayətin adı verilib. Azərbaycanın energetika mərkəzlərindən olub Avropada ən böyük açıq tipli DRES-in fəaliyyət göstərdiyi şəhər kimi tanınan, həmçinin neft-qaz sənayesinin inkişaf etdiyi Şirvan həm də zəngin təbiəti ilə məşhurdur.

Məşəl estafetinin iştirakçıları Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində yerləşən Şirvan Milli Parkının bu şəhərə düşən hissəsində, İsmət Qayıbovun adını daşıyan parkda oldular. Burada onlar qorunan yerli flora və fauna ilə tanış oldular. 55 min hektara yaxın ərazisi olan Milli parkda 65 növ quş, 17 növ sürünən, 4 növ suda-quruda yaşayan, eləcə də bir sıra heyvanat aləmi nümunələri arasında Azərbaycanın “Qırmızı kitabı”na düşmüş ceyranlar da var. Burda xatirə şəkilləri çəkdirildikdən sonra, estafet iştirakçıları Şirvan şəhərinə yollandılar.

Ötən əsrin ilk yarısından Şirvan Azərbaycanın inkişaf edən idman potensialının öncülərindən olub. XIX əsrin 30-40-cı illərində güləş,eləcə də futbol, voleybol, boks idman növləri də geniş inkişaf etdirilirdi və qısa müddətdə respublikada tanınan idmançılar da yetişdirildi. 20-dən artıq SSRİ idman ustası yetişdirmiş şəhərin ən məşhur idmançılarından Tərlan Əhmədov 1990-cı ildə SSRİ-nin yeniyetmə futbolçulardan ibarət seçmə komandasının tərkibində Avropa çempionu olub. Ümumiyyətlə, şəhərdə 3 dünya və bir o qədər də Avropa çempionu yetişib. Futbolçu Səmədağa Şıxlarov isə SSRİ olimpiya seçmə komandasının heyətində çıxış edib, qol vurub.

Müasir idmanı gündən günə zənginləşən və yeni olimpiya idman kompleksi ilə imkanları bir qədər də artan Şirvan şəhərində yürüşü rəqs müəllimi Cavid Ziyadi Heydər Əliyev prospektində başladı. Ümumən 3,8 km məsafə boyunca estafet Naxçıvan, Məhəmməd Əmin Rəsulzadə küçələri ilə davam edən yürüşdə tədris mütəxəssisi Rövşən Allahverdiyev, bədən tərbiyəsi və idman müəllimləri Əvəzağa Qarayev və Rövşən Azadov, tibb işçisi Ayşən Həşimova, mədəni işlər təşkilatçı Nurlan Qədimov, idmançı Rasim Quliyev, voleybolçu Mehriban Nəcəfova, maarif işçisi Mehriban Zərbəliyeva iştirak etdilər. Təlim-tədris mütəxəssisi Aydın Alıyev Heydər Əliyev meydanında quraşdırılmış tribunada alov çırağını yandırdı, karate üzrə yeniyetmələr arasında Avropa və dünya çempionu Fərid Abbasov onu şəhər ictimaiyyətinə təqdim etdi.

Məşəl estafetinin iştirakçısı Rövşən Allahverdiyev həm yürüş, həm də Avropa Oyunları ilə bağlı ürək sözlərini belə ifadə etdi: “Bu gün Şirvanda, sözün həqiqi mənasında, bayramdır. Azərbaycan qısa müddət ərzındə elə bir inkişafa nail olub ki, artıq idman ölkəsi kimi, ən böyük yarışların nümunəvi təşkilatçısı kimi ad çıxarıb. Avropada ilk dəfə  keçiriləcək Avropa Oyunları buna ən gözəl sübutdur. Bir Şirvan sakini kimi, 10 məşəlçidən biri olduğum uçun qürurluyam. Axı, bu böyük şərəfdir. Gün olsun belə məşəlləri işğal edilmiş torpaqlarımızda alovlandıraq, belə böyük idman bayramlarını həmin torpaqlarımızda keçirək. Qoy bu Oyunların məşəlinin nuru daim Azərbaycana uğur gətirsin”.

Şirvan Heydər Əliyev meydanında keçirilmiş qarşılama mərasimi zamanı yerli sakinlərə Birinci Avropa Oyunları ilə bağlı ətraflı məlumat verildi. Yeniyetmə və gənclər Bakı 2015-in canlı rəmzlərinin əhatəsində maraqlı vaxt keçirdilər. 

Sonra məşəl Şirvana səyahətini başa vuraraq, sonrakı ünvanı – Kür-Araz ovalığının cənub-şərqində yerləşən özünəxas xalçaçılıq məktəbi ilə tanınan, əl ilə toxunmuş “Sarı xalça”sı ilə məşhur olan Hacıqabula üz tutdu.

İqlimi yarımsəhra əraziləri üçün səciyyəvi olan quru və isti iqlim olan Hacıqabulda yerləşən eyniadlı göl maraq doğurur. Kürün daşmasından qidalanan və dərinliyi 5 m-ə çatan göl köçəri quşların miqrasiyası dövründə onların müvəqqəti istirahəti və bataqlıqda yaşayan su quşlarının, o cümlədən, nəsli kəsilməkdə olan növlərin yuva qurmaları çox əlverişli şəraitə malikdir.

Adının mənası "Allah Həcc ziyarətini qəbul etsin" olan Hacıqabulun tarixi adı bir müddət şəxsiyyətlə bağlı olub. Sovet hökuməti Hacıqabulun adını dəyişərək, ona kommunist rəhbərlərdən olan Qazı Məmmədin adını vermişdi. Rayon yol üstündə yerləşdiyindən əhalisi əsasən gəlmələrdir.

3,9 km məsafəni əhatə edən estafeti şəhər tağının yerləşdiyi general Məhəmməd Əsədov küçəsində boksçu şagird Əli Rüstəmov başladı. Sonra İsmət Qayıbov küçəsi boyunca onu məşqçi-müəllim Teyyub İsmayılov, kikboksinq üzrə məşqçi Bədəl Bədəlov, sahibkar Elvin Rəcəbov, xəritəşünas Dilavər Əzizov, ictimai fəal Daşqın Nağıyev, bədən tərbiyəsi və idman müəllimiləri - ehtiyatda  olan zabit Emin Məmmədov, Samir Muradov və Ramil İbişov daşıdılar. Axşım saatlarında Heydər Əliyev meydanında qarşılanma mərasiminin keçirildiyi yerə məşəli sonuncu etsafetçi karate  kobudo məşqçisi Elnur Şəfiyev gətirərək, səhnəyə qalxdı. Məşəlin alovu ilə yandırılan çırağı gənc voleybolçu Ayşən Şükürova şəhər ictimaiyyətinə təhvil verildi.

Burada səmimi söhbət əsnasında rayon əhalisinə Avropa Oyunları ilə bağlı məlumatlar verildi. Bu Oyunların Avropa və Azərbaycan üçün əhəmiyyətindən danışıldı. Bakı 2015-in canlı rəmzləri ceyran və nar yerli gənclərin diqqət mərkəzində oldu.

Məşəl estafetinin iştirakçısı Teyyub İsmayılov izdihamlı mərasim barədə təəssüratlarını bölüşdü: “Bir rayon sakini, bir idmançı kimi, qələbəlik şəraitində rayonumuzu təmsil edib, bu sevincli anları yaşadığım üçün, əlbəttə, qürurluyam. Cəmi bir neçə dəqiqəlik, bir neçə saatlıq bu prosesə qoşulsaq da, o, həmişə xatırlanacaq, nəsillərə yadigar qalacaq bir tarixçə olacaq. Belə bir möhtəşəm idman hadisənin ölkəmizdə keçirilməsi, hələ üstəlik, bölgələrin də bu böyük idman həyəcanına qoşulması xalqın ruhunu gücləndirir. Çünki bu Oyunlar dövlətin düzgün siyasətinin nəticəsində mümkün olub və sabaha xoş müjdəmizdir. Konkret yarışlara gəlincə, yunan-Roma güləşi məşqçisi kimi, yetirmələrimlə birgə, Bakı 2015-də pəhləvanlarımıza dəstək olacaq, onları irəli səsləyəcəyəm”.

Sonra məşəlin rayonla tanışlığı oldu. Qeyd edək ki, Böyük İpək Yolu üzərində yeləşən ərazinin qədim tarixi var. Buna Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının Haram dağında üzərində petroqliflər olan siklopik tikili aşkar etməsi işarədir. 5 min ilə yaxın yaşı olan Hacıqabul bu gün sürətlə inkişaf edən bölgələrdəndir. Bütün ölkədə olduğu kimi, bu rayonda həyata keçirilən bir çox layihələrdə Heydər Əliyev Fondunun imzası var. Fondun dəstəyi ilə inşa edilmiş məktəblərdən birində keçirilən görüş də məşəlin Azərbaycan səyahəti zamanı dərs otağına ilk səfəri oldu.

Görüşlər başa çatdıqdan sonra, estafet iştirakçıları Kür mənsəbindən Araz çayı boyunca davam etdirərək, sabah, mayın 6-da əvvəlcə Saatlıda olacaqlar, axşam saatlarında isə Sabirabadda böyük Alov Festivalı təşkil olunacaq.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah