Fotoreportaj|Video|На русском

Bakı-2015

İlham Əliyev Atəşgahda Bakı-2015 alovunun götürülməsi mərasimində iştirak edib

27 aprel 2015 00:25

Ötən gün Atəşgah Məbədindən Birinci Avropa Oyunları alovunun götürülməsi mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Tədbirdə həmçinin Azərbaycanın birinci xanımı, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də, 150-dən artıq qonaq iştirak edib.

Azərbaycanın tarixi abidələrindən biri olan, Bakı şəhərinin kənarında yerləşən qədim Atəşgah Məbədi Zərdüşt atəşpərəstlərinin əsrlərlə sitayiş etdikləri məkan olub. Mərkəzində təbii yanar ocaq olan Atəşgah məbədi Bakının 30 kilometrliyində, Suraxanı qəsəbəsində yerləşir.

Qədim Yunanıstanda Olimpiya Alovu Günəş şüalarından alınırdı.  “Odlar Yurdu” Azərbaycanda isə, Birinci Avropa Oyunları üçün alov Yerin təkindən götürülüb.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, digər sahələrdə olduğu kimi, idman sahəsində də ölkəmiz çox böyük uğurlara imza atıb. Məhz bu uğurların bariz nümunəsi olaraq ölkəmiz Birinci Avropa Oyunlarının keçirilməsi üçün layiqli məkana çevrilən paytaxtımız, yeni infrastruktur layihələri ilə Avropa Oyunları üçün əbədi irs yaradacaq və bununövbəti Oyunlara ev sahibliyi edəcək şəhərə ötürəcək.

Çıxışında dövlətmizin başçısı Məşəl estafetinin Azərbaycanın bütün bölgələrini əhatə edərək, xalqımızın hər bir nümayəndəsini Birinci Avropa Oyunlarına ilhamlandıracağını bildirib.

Məşəl estafeti idman vasitəsilə həmrəylik və sevinc ruhunu təbliğ edəcək, bütün xalqımızı Oyunlara cəlb etməklə yanaşı, ölkəmizin valehedici təbii gözəlliyinidə nümayiş etdirəcək.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxışında Məşəl estafetinin dostluq və hörmət işarəsi olaraq ali olimpiya dəyərlərini özündə tam ehtiva etdiyini xatıradıb. Patrik Hikki bildirib ki, alovu bir-birinə ötürməklə vəhdət nümayiş etdirən məşəlçilər idman vasitəsilə sülhü, dostluğu və bayram ovqatını bütün ölkəyə yayacaqlar.

Patrik Hikki:  “Bütün ölkənizin göstərdiyi fədakarlıqlar və səylər nəticəsində Bakı 2015 Birinci Avropa Oyunları həqiqətə çevriləcək. Azərbaycanın rəhbərliyi ilə işləmək çox məmnunedicidir.  Sizin peşəkarlığınız və diqqətiniz hər zaman bizi heyrətləndirib".

Mərasimin bədii hissəsində qonaqlara milli rəqs nümayişi və musiqi təqdim olunub. Ardınca mərasimin ən əlamətdar hissəsi başlanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,  ölkənin birinci xanımı Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Birinci Avropa Oyunlarının alovunu götürmək üçün məbədə daxil olublar.

Bu anda, qonaqların arxasında qədim məbədin qapıları bağlanırb və qonaqlar bu tarixi anı yalnız çöldə, divarlardan quraşdırılmış ekranardan izləyiblər. Alovun götürüldüyü an pirotexnik vasitələrlə improvizə olunub və dövlətimizin başçısı, birinci xanım və AOK prezidenti məbədin qapılarından geri qayıdırlar.

Sonra Avropa Oyunlarının ilk məşəlçisi həndbol üzrə Olimpiya çempionu Rəfiqə Şabanova Prezident İlham Əliyevə qoşularaq, öz məşəlini Prezidentin tutduğu alovla yandırıb və Alov Səyahətini başladıb.

Bununla da Bakı 2015, Birinci Avropa Oyunları alovunun ölkə boyunca səyahətinə start verildi. Azərbaycan təbiətinin, mədəniyyətinin və irsinin təntənəli bayramında məşəl ölkənin hər bir yerinə səyahət edərək, Oyunların ruhunu təbliğ edəcək və 60 regionda insanların qəlbini isidəcək.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah