İspaniya triatlon yığması Bakı-2015-də hansı heyətlə çıxış edəcək?
20 aprel 2015 12:45
İspaniyanın triatlon üzrə yığması Bakıda Avropa Oyunlarında çıxış edəcək idmançıların siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan paytaxtında bu ölkəni altı triatlet təmsil edəcək.
Kişi idmançılardan triatlon üzrə gənclər arasında yarışların (U-23) ikiqat dünya çempionu Fernando Alarza, eləcə də Visente Ernandes və David Lastro gücünü sınayacaq.
Qadınlardan isə İspaniyanı Ainxoa Murua, Miriam Kasilyas və Tamara Qomes təmsil edəcək.