Fotoreportaj|Video|На русском

Bakı-2015

Bakı-2015-də voleybol üzrə seçim mərhələsində iştirak edəcək qrupların tərkibi açıqlandı

26 fevral 2015 13:45

Bu gün Bakı 2015 Avropa Oyunları Voleybol yarışlarının seçim turunda iştirak edəcək qrupların tərkibini açıqlayıb. Azerisport.az xəbər verir ki, birinci Avropa Oyunlarının Voleybol yarışlarında 12 kişi və 12 qadın idmançılardan ibarət komandalar iştirak edəcək. Həmin komandalardan doqquz kişi və doqquz qadın idmançı Avropanın son reytinq siyahılarında tutduqları yerlərə görə seçim mərhələsindən keçiblər.

Oyunlara ev sahibliyi edən ölkə kimi Azərbaycanın milli komandası seçim mərhələsində avtomatik olaraq iştirak edir. Digər iki komanda Avropa Voleybol Konfederasiyasının Liqasının son dörd yarışlarında tutduqları yerə əsasən iştirak etmək hüququna layiq görülmüşdülər.

Bakı 2015 Avropa Oyunarının voleybol üzrə qruplarının tərkibi haqqında ətraflı məlumat aşağıda əks olunmuşdur (mötərizədə komandaların Avropa reytinqlərindəki yerləri əks olunub). Həm kişilər, həm də qadınların yarışlarında Azərbaycan ev sahibi olaraq A qrupunun tərkibində çıxış edəcək.

Kişilər:

A qrupu: Azərbaycan (34 - ev sahibi), Serbiya (3), Polşa (4), Fransa (7), Finlandiya (8), Türkiyə (13)

B qrupu: Rusiya (1), İtaliya (2), Bolqarıstan (5), Almaniya (6), Belçika (9), Slovakiya (10)

Qadınlar:

A qrupu: Azərbaycan (12 – ev sahibi), İtaliya (2), Türkiyə (4), Polşa (6), Belçika (8), Rumıniya (15)

B qrupu: Rusiya (1), Serbiya (2), Almaniya (5), Hollandiya (6), Xorvatiya (8), Bolqarıstan (10)

Seçim mərhələsində komandalar daxil olduqları qrupların digər üzvləri ilə yarışacaqlar və hər qrupdan dörd komanda yarışların dörddə bir final mərhələsinə vəsiqə qazanacaq.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: "Voleybol Bakı 2015 Avropa Oyunlarının proqramına daxil olan ən məşhur idman növlərindən biridir və biz iyun ayında Bakıda yüksək səviyyəli yarışlar keçirməyi böyük səbirsizliklə gözləyirik".

Hazırkı Olimpiya Çempionu Rusiya London Olimpiya Oyunlarının bürünc medal sahibi olan İtaliya ilə kişilərin B qrupunda yarışacaq. A qrupunda isə dünya çempionu Polşa ilə güclü Serbiya komandası, eyni zamanda, keçən il Dünya Çempionatında uğurla çıxış edən və dördüncü yerə layiq görülmüş Fransa ilə yarışacaq. 2011 və 2013-cü illərin Avropa Çempionatlarının final mərhələsinin iştirakçıları Serbiya, Rusiya və Almaniya eyni qrupa təyin edildikləri üçün qadınlardan ibarət seçmə turların yarışları xüsusi marağa səbəb olacaq.

Avropa Voleybol Konfederasiyasının prezidenti cənab Andre Meyer deyib: "Avropanın bütün ən güclü komandaları Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarında yarışacaqlar və qrupların tərkibi bizə yarışların başlamasından etibarən bir sıra yüksək səviyyəli yarışları izləməyə imkan yaradacaq və biz əminik ki, Azərbaycanda keçiriləcək voleybol yarışları Bakı 2015 Avropa Oyunlarında ən maraqlı yarışlardan biri olacaq".

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin İdman şöbəsinin direktoru cənab Pirs O’Kallaqan söyləyib: "Avropanın ən güclü voleybol komandalarının əksəriyyəti Avropa Oyunlarında. Nəzərə alsaq Avropa Oyunlarında iştirak edəcəklər və bu onlara 2016 Rio Olimpiya Oyunlarında iştirak etmək fürsəti yaradır, beləliklə bizi iki həftə ərzində davam edən həyəcanverici oyunlar gözləyir".

Bakı 2015 Avropa Oyunlarının Voleybol yarışları 13 iyun tarixindən etibarən Crystal Hall məkanında keçiriləcək və yarışlarda 336 idmançı iştirak edəcək.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah