Fotoreportaj|Video|На русском

Bakı-2015

Bakı-2015-də güləşin təqdimatı keçirildi

30 oktyabr 2014 11:35

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvlərinin iştirakı ilə güləş idman növünün təqdimatı keçirilib. Azerisport.az xəbər verir ki, idmançılar 500-ə yaxın işçi heyətinin qarşısında bacarıqlarını göstəriblər.

Əvvəlcə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq çıxış edərək, gərgin iş qrafikinə baxmayaraq, nümayişi keçirdiyinə görə Azərbaycan Güləş Federasiyasına minnətdarlığını bildirib. O, sözügedən idman növünün ölkəmizdə sürətlə inkişaf etdiyini vurğulayıb.

Ardından AGF-in baş katibi Əjdər Cəfərov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, güləşçilərimizin beynəlxalq arenada qazandığı nailiyyətlər barədə məlumat verib.

Qeyd olunub ki, güləş Azərbaycanın tarixi idman növüdür. Hər il güləşçilərimiz mötəbər beynəlxalq turnirlərdə Azərbaycanı layiqincə təmsil edir, üçrəngli bayrağımızı dalğalandırırlar.

Daha sonra güləşin tarixi, inkişaf mərhələləri və qaydaları haqda məlumat verilib. Yeniyetmə idmançılar müxtəlif fəndlər nümayiş ediblər. Cari ildə Özbəkistanda təşkil olunan dünya çempionatı və güləşçilərimizin “London-2012” Olimpiya Oyunlarındakı çıxışından bəhs edən videoçarx nümayiş olunub.

Tədbirə toplaşan işçi heyəti arasında “Kim güləşçi olmaq istəyir?” müsabiqəsi keçirilib, qaliblərə Azərbaycan Güləş Federasiyasının adından hədiyyələr təqdim edilib.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvlərinin iştirakı ilə güləş idman növünün təqdimatından sonra Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov media nümayəndələrinin suallarını cavablandırıb: “Gördüyünüz kimi, tədbirimiz çox maraqlı keçdi. Güləş ölkəmizdə ən çox sevilən idman növlərindən biridir. Güləşin daha da populyarlaşması üçün biz də federasiya olaraq, əlimizdən gələni edirik. İdmançılarımız beynəlxalq arenalarda yüksək səviyyədə çıxış edirlər, respublikamızın himnini səsləndirirlər. Əlbəttə, bütün bunlar dövlətimizin diqqət və qayğısı nəticəsində mümkün olur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası bu gün ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan dünyada, həmçinin idman ölkəsi kimi tanınır. Məhz cənab Prezidentin diqqət və qayğısı idmançılarımızı yeni-yeni uğurlar qazanmağa ruhlandırır. Qarşıda bizi həqiqətən də möhtəşəm bir yarış gözləyir. Birinci Avropa Oyunlarının məhz paytaxtımızda keçirilməsi böyük bir hadisədir. Biz də Güləş Federasiyası olaraq, yarışlara böyük məsuliyyətlə hazırlaşırıq. Federasiya prezidenti Fazil Məmmədovun əmri ilə Bakı 2015 Avropa Oyunları ilə bağlı proqram hazırlanıb. Bu proqramı uğurla həyata keçirməkdəyik. Əminəm ki, güləşçilərimiz onlara göstərilən diqqət sayəsində yüksək əyarlı medallarla xalqımızı sevindirəcəklər”.

Qeyd edək ki, gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarında güləş yarışları Heydər Əliyev adına arenada olacaq və 6 gün davam edəcək. Burada 480 güləşçi 24 dəst medal uğrunda mübarizə aparacaqlar.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah