Fotoreportaj|Video|На русском

Bakı-2015

Avropa Oyunları Triatlon yarışları üçün İdman obyektini açıqladı

22 sentyabr 2014 16:35

Bu gün Bakı 2015 Avropa Oyunları böyük məmnuniyyətlə gələn yay keçiriləcək Triatlon yarışları üçün nəzərdə tutulan İdman obyektini elan edir. Azerisport.az xəbər verir ki, Avropanın 130 ən güclü idmançısının qızıl medal uğrunda mübarizə aparacağı bu yarış, Bakının mərkəzindən şimalda yerləşən Bilgəh çimərliyində keçiriləcək.

1500 metr üzgüçülük, 40 kilometr velosiped və 10 kilometr qaçış yarışlarını özündə birləşdirən bu İdman növünün ilk Avropa Oyunlarının ən məşhur yarışlarından biri olacağı gözlənilir.

Cənab Saymon Kleq, Bakı 2015-in Əməliyyatlar üzrə Baş Direktoru deyib: “Biz böyük məmnuniyyətlə gələn il keçiriləcək İlk Avropa Oyunlarının Triatlon yarışı barədə təfərrüatları təsdiq edirik.”

“Kişi və qadınlar arasında keçiriləcək yarışların qaliblərinə avtomatik olaraq Rio 2016 Olimpiya Oyunlarına kvalifikasiya qazandıracaq. Bu baxımdan biz idmançıların yarışacaqları elit oyun meydançasının gözəl yarış obyekti olduğunu sübut edəcəyinə inanırıq".

Atletlər Kəndinin yaxınlığında yerləşən Bilgəh çimərliyi gözəl dənizkənarı istirahət mərkəzi kimi həm yerli insanlar, həm də turistlər arasında məşhurdur.

Beynəlxalq Triatlon Birliyinin Prezidenti xanım Marisol Kasado deyib: “Bakı 2015 Avropa Oyunları bu yarış üçün belə yüksək səviyyəli İdman obyekti hazırladığı üçün biz çox sevinirik.

“Yüksək səviyyəli idman yarışının keçirilməsi və eləcə də, gözlənilən geniş tamaçaşı kütləsinin yerləşdirilməsi imkanına malik olan bu məkan böyük rəğbət hissi ilə qarşılandı".

Avropa Triatlon Birliyinin Prezidenti cənab Renato Bertrandi əlavə edib: “Şübhəsiz ki, qitənin idmançıları Obyektin keyfiyyətindən məmnun qalacaqlar və biz artıq gələn il keçiriləcək İlk Avropa Oyunlarını səbirsizliklə gözləyirik.”

İki gün davam edəcək yarış gələn il açılış həftəsinin sonunda – şənbə günü 13 iyun və bazar günü 14 iyun tarixlərində baş tutacaq.

Bakı 2015-in İdman şöbəsinin direktoru cənab Pirs O’Kallahan deyib: “Triatlon tərzinə görə həyəcanverici idman növüdür və Bilgəh çimərliyi Avropa Oyunları idman proqramının ən parlaq hadisələrindən biri olacaq Triatlon yarışı üçün əla məkandır.

“Suyun keyfiyyəti ilə bağlı aparılan hazırkı sınaqlar mükəmməl nəticələr göstərib və biz əminik ki, ilk Avropa Oyunları zamanı yüksək təəssürat yaradan tamaşa məkanında valehedici yarışlar keçiriləcək".

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah