Fotoreportaj|Video|На русском

Bakı-2015

Bakı-2015 yeni rəngarəng brendini təqdim edir

27 avqust 2014 13:55

Bu gün Bakı 2015 Azərbaycanın tarixi, irsi və mədəniyyətini Avropanın böyük idmanıyla qürur hissi ilə birləşdirən yeni brendini təqdim edir. Azerisport.az xəbər verir ki, Bakının təbii gözəlliyini əks etdirən rəngarəng və heyranedici yeni brend imici yarış obyektləri, biletlər, uniformalar və ilk Avropa Oyunları ilə bağlı satılan bütün əşyalarda əks olunacaq.

Yeni brendin mərkəzində Azərbaycan folklorunda birliyin simvolu olan nar ağacının təsviri vardır.  Azərbaycan irsinin və mədəniyyətinin tarixi simvolları və müxtəlif idman növü və fənlərinin diqqət cəlb edən qrafikaları nar ağacının budaqları ilə bir-birinə bağlanır.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq qeyd edib: “Yeni brend Bakı 2015 üçün dinamik, yeni özünü-ifadə tərzi olub qədim Azərbaycan irsi və ölkənin təbii gözəlliyi ilə bağlı qürur hissimizin, həmçinin bizim bütün Avropanın zövq ala biləcəyi innovativ idman yarışını gerçəkləşdirmək istəyimizin simvoludur.

“Qarşıdan gələn həftələr və aylar ərzində bu brend Avropa Oyunları ilə sinonim olacaq və bizim burada, Azərbaycanda mövcudluğumuzun bütün cəhətləri ilə vizual əlaqə təmin edəcək.”

Eyni zamanda, yeni imic Bakı 2015-in təkmilləşdirilmiş və yenilənmiş rəsmi vebsaytının yenidən işə salınmasında da istifadə olunmuşdur.

Əlvan rəngli şüşə şəbəkə, butanın naxış elenmentləri, xalça və toxuculuq naxışlarından nümunələr də daxil olmaqla bir yerə toplanmış cəlbedici yeni naxışlar Azərbaycan irsinin ölkənin məğrur tarixində mühüm rol oynayan digər simvollarıdır.

Yeni imicin yaradılması tenderinin qalibi daha öncə London 2012 Olimpiya və Paralimpiya Oyunları üçün idman brendinin yaradılmasında çalışmış məşhur SomeOne agentliyi oldu.

SomeOne agentliyinin təsisçilərindən biri və İcraçı Kreativ Direktoru cənab Qari Holt deyib: “Layihənin ilkin mərhələlərində Bakıya səfərimiz zamanı şəhərin yaşıllığı və gözəlliyi bizi heyran etdi.

“Bu bizi canlı mülkiyyətin – Bakı 2015-in nar ağacının yaradılmasına ruhlandırdı. Yeni brenddə idmançılarla Azərbaycan incəsənəti və nar ağacı elə tərtib edilmişdir ki, Bakının gözəl şəraitində qeyd edilən böyük idman tədbiri şəhərin mühitinə uyğun olsun.”

Oyunlara qədər geriyəsayım davam etdikcə korporativ dəftərxana ləvazimatlarını, medalları və Bakıdakı reklam lövhələrində təşkilatçı şəhərin təsvirlərini yeni brend imicləri bəzəyəcək.

Bakı 2015-in Kommersiya Direktoru Çarli Vijeratna qeyd edib: “Avropa Oyunlarını gerçəkləşdirmək üçün SomeOne agentliyinin yaratdığı gözəl və mürəkkəb naxışlar və qrafikalar zövqümüzü oxşadı.

“Onlar elə bir imic yaradıblar ki, bu, medallardan tutmuş uniformalara qədər gözlənilən bütün istifadə sahələrimiz və bütün forma və ölçülərimiz üçün effektiv olacaq.”

Bakı 2015 Avropa Oyunlarının yeni rəngarəng brendi ilə www.baku2015.com  vebsaytı vasitəsilə tanış ola bilərsiniz.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah