Fotoreportaj|Video|На русском

Bakı-2015

Azərbaycan gənclərinin 71 faizi Bakı-2015-i səbirsizliklə gözləyir

20 avqust 2014 15:00

Yenicə aparılmış sorğu göstərir ki, minlərlə Azərbaycan gənci Bakı 2015 Avropa Oyunları zamanı könüllü kimi fəaliyyət göstərmək imkanı əldə etdiyinə görə sevinir. Azerisport.az xəbər verir ki, 150403 azərbaycanlı tələbə arasında aparılmış sorğu indiyə qədər ölkədə aparılmış ən böyük tədqiqatdır. Bu tədqiqat göstərir ki, sorğu iştirakçılarının 71%-i Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi etməsinin ölkəmizə mənfəət gətirəcəyinə inanır.

26000-dən çox sorğu iştirakçısı isə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) ilk Oyunların keçirilməsi üçün nəzərdə tutduğu 12000 könüllü vəzifəsinə ərizə verməyi səbirsizliklə gözləyir.

BAOƏK qeyd edir ki, “Qaliblər sırasında ol” şüarı gəncləri Könüllülər proqramına qoşulmaq üçün ruhlandıracaq.

Bakı 2015-in Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq qeyd edib: “Azərbaycanlı tələbələr arasında aparılmış bu ətraflı sorğu gənc nəslin Avropa Oyunlarına olan böyük marağının sübutudur.

“Oyunların baş tutması üçün köməklik göstərməyə can atan bu qədər gənc insanın olduğunu bilmək bizi ruhlandırır. Çünki biz bütün dünyanın burada yüksək əhval-ruhiyyədə olmasını və məşhur Azərbaycan qonaqpərvərliyinin şahidi olmasını istəyirik.

“Bütün qitənin zövq ala biləcəyi ilk Avropa Oyunlarına yaxınlaşmağa davam etdikcə tələbələrin ruh yüksəkliyinin bizə də sirayət etməsini təmin etmək üçün daha çox iş görməli olacağıq.”

Sorğu Azərbaycanın Gənclər Fondunun və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə bu ilin əvvəllərində BAOƏK tərəfindən aparılmışdır.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru və Bakı 2015-in Təşkilat Komitəsinin üzvü cənab Fərhad Hacıyev qeyd edib: “Könüllülər Oyunların uğurlu olmasında mərkəzi yer tutacaqlar və mən əminəm ki, onların əldə edəcəkləri təcrübə Azərbaycanın gələcək inkişafına öz töhfəsini verəcək.

“Bütün ölkə idmana böyük maraq göstərir və Azərbaycanı böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməyə qadir müasir və dinamik ölkəyə çevirmək üçün Bakı 2015 mükəmməl platforma olacaq.

“Bir neçə həftədən sonra universitet tələbələri üçün yeni dərs ili başlayacağına görə biz səbirsizliklə bu kampaniyanın növbəti mərhələsini gözləyirik. Hazırda Oyunları dəstəkləmək arzusunda olan Azərbaycan gənclərindən minlərlə ərizələr almaqdayıq.”

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov öz çıxışında qeyd edib: “Sorğu nəticəsində müəyyən olunub ki, Azərbaycan gəncləri arasında könüllü mədəniyyəti tam formalaşıb və mən əminəm ki, yarışların uğurlu keçməsi üçün könüllülərin üzərinə düşən vacib missiyanı tələbə-gənclərimiz uğurla yerinə yetirəcəklər.”

Bu gün BAOƏK, həmçinin, könüllülər proqramı ilə bağlı qəbul kampaniyasının ilk iki ayı ərzində 8000-dən çox ərizə aldığını bəyan edir.

İyunun 12-də rəsmi fəaliyyətə başlamış bu proqram ilk Avropa Oyunları zamanı bir sıra vəzifələr üçün gənc azərbaycanlıları və beynəlxalq könüllüləri cəlb etmək məqsədi daşıyır.

21 yaşlı Azər Alməmmədov Bakı 2015 Avropa Oyunlarının ilk könüllülərindən biri kimi seçilib və gələn il keçiriləcək tədbirə öz töhfəsini verəcəyinə ümid edir.

Azər Alməmmədov qeyd edib: “Avropa Oyunlarının yaradacağı ovqatın bir hissəsinə çevrilmək üçün könüllülük gözəl fürsətdir. Biz gənc ölkəyik və ilk Avropa Oyunları millətimizin gələcəyinin formalaşmasına azərbaycanlıların cəlb olunduğunu göstərmək üçün imkan yaradacaq.

“Biz Avropaya və hətta bütün dünyaya göstərmək istəyirik ki, müxtəlif mədəniyyətlərə malik bir çox ölkələrdən insanları qarşılayarkən nələr etməyə qadirik.”

Əhalisinin 60%-nin yaşı 30-dan aşağı olan Azərbaycanın hazırkı gənc nəsli ölkənin gələcəyini qurmaqda mühüm rol oynayacaq və Bakı 2015-in özündən sonra qoyacağı mirasdan faydalanacaq.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah