Atletika üzrə yeniyetmələrin Avropa Olimpiya Oyunları təsnifat yarışlarına həsr olunan mətbuat konfransı keçiriləcək
26 may 2014 15:44
Mayın 27-də Bakının ev sahibliyi edəcəyi atletika üzrə yeniyetmələrin Avropa Olimpiya Oyunları təsnifat yarışlarına həsr olunan mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Atletika Federasiyasının vitse-prezidenti Karel Pilni, yarışın direktoru Məhərrəm Sultanzadə (AAF), Bakıda keçiriləcək Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən turnirin direktoru Pirs O’Kallaqan, MOK-un beynəlxalq əlaqələr departamentinin rəhbəri Könül Nurullayeva və Azərbaycan yığmasının baş məşqçisi Nazim İsrafilov iştirak edəcək.
Tədbirdə qeydiyyatdan keçən media nümayəndələrinə akkreditasiyalar təqdim olunacaq, eyni zamanda arenada ayrılan mətbuat mərkəzi, jurnalistlərin iş otağı haqda məlumat veriləcək.
Tofiq Bəhramov adına Respublika stadionunun konfrans otağında keçiriləcək tədbir saat 13:45-də başlayacaq.