Qarabağın Avstriyadakı 6-cı günü
23 iyun 2016 11:15
"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, hazırlığın altıncı günündə komanda bir məşqlə kifayətlənib.
Günün tək məşqi yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 21:00) başlayıb. İki saat davam edən məşqdə toplu və taktiki çalışmalara üstünlük verilib. Komanda bu hazırlıqda tam heyətlə iştirak edib.
"Qarabağ"ın bu gün üçün iki məşqi nəzərdə tutulub.