Tur de Azərbaycan-2016: 2-ci mərhələ
6 may 2016 00:25
Azerisport.az sizi "Tour d’Azerbaïdjan-2016" veloyürüşünün 2-ci mərhələsindən hazırlanmış fotoreportajla tanış edir. Qeyd edək ki, Azərbaycanın Elit yığmasının və "Synergy Baku Cycling Project" kontinental komandasının üzvü, ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2016" veloyürüşünün 2-ci mərhələsinin qalibi olub. O, paytaxt Bakıdan İsmayıllıyadək olan 186,5 km məsafəni hamıdan tez qət edib.