Birinci divizionun qalibi və bombardiri mükafatlandırıldı
28 may 2015 11:00
Futbol üzrə Azərbaycan I Divizionunun qalibi “Neftçala” klubuna çempionluq kuboku və qızıl medullar təqdim olunub. Azerisport.az xəbər verir ki, dünən “Qaradağ Lökbatan”a qarşı Neftçalada keçirilən oyundan sonra mükafatlandırma mərasimi təşkil olunub.
Medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.
Eyni zamanda, I Divizionun ən sərrast oyunçusu Sabir Allahquliyevə (“Qaradağ Lökbatan”, 21 qol) də xüsusi kubok verilib.