İnter gümüş medallarını aldı
23 may 2015 00:10
Topaz Premyer Liqasında 35-ci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, “İnter” - “Qarabağ” (2:1) görüşündən sonra Topaz Premyer Liqasının qalibi “Qarabağ” və 2-ci yerin sahibi “İnter”ə medallar təqdim olunub.
Medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim ediblər.
Bir neçə gün öncə ölkəmizdə baş vermiş məlum faciəyə görə mükafatlandırma mərasimindən sonra atəşfəşanlıq olmayıb.