Futbol və Sağlam Həyat adlı layihə davam edir
21 may 2015 18:40
"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, AFFA-nın dəstəyi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Futbol və Sağlam Həyat" layihəsi davam edir. Azerisport.az xəbər verir ki, layihə bu dəfə Sumqayıtın 33 və 28 saylı orta məktəblərində baş tutub.