Ulu Öndərin xatirəsinə velosiped yürüşü
3 may 2015 12:00
Azərbaycan Velosiped İdmanı Federasiyası, Ədliyyə Nazirliyi və "İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə bu gün Ümummilli Lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş həvəskarlar arasında velosiped yürüşü təşkil olunub. Azerisport.az xəbər verir ki, yürüşdə 100-dən artıq peşəkar və həvəskar velosipedçi iştirak edib. Tədbir Dövlət Bayrağı Meydanından start götürməklə Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb.