Millimiz Moldovada ikinci oldu
24 aprel 2015 11:15
Moldovanın paytaxtı Kişinyovda təşkil olumuş futzal üzrə beynəlxalq turnirdə Azərbaycan milli komandası ikinci yeri tutub. Azerisport.az xəbər verri ki, millimiz final oyununda Moldova yığması ilə qarşılaşıb.
Qarşılaşma 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib.
Futzalçılarımız 3 zərbədən heç birini dəqiq vura bilməyib. Moldova yığması penaltidən bir dəfə fərqlənməklə qələbə qazanıb.