Heydər Əliyev adına İdman Sarayı əsaslı təmirdən sonra
22 aprel 2015 16:30
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev adına İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar. Azerisport.az xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov burada aparılan əsaslı təmir işləri barədə məlumat verib.