Sumqayıt sonuncu yoxlama oyunundan qalib ayrıldı
23 yanvar 2015 23:30
"Sumqayıt" Topaz Premyer Liqasının 3 və 4-cü dövrəsi üçün hazırlığını başa vurub. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun komandası bu gün təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.
Sözügedən komanda 1-ci divizion təmsilçisi "Zirə"yə 4:0 hesabı ilə qalib gəlib. Qolları Tofiq Mikayılov, Slavik Alxasov, Orxan Məmmədov və Pərdis Fərcad-Azad vurub.