Hüquq meyarı üzrə seminar keçirildi
16 dekabr 2014 16:15
Bu gün AFFA-nın inzibati binasında lisenziyalaşdırma prosesi çərçivəsində Topaz Premyer Liqası və Birinci Divizion klubları üçün hüquq meyarı üzrə seminar keçirilib. Azerisport.az xəbər verir ki, seminarda 2015/16-cı il mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almaq istəyən klublara hüquq meyarları üzrə tələb olunan sənədlər barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb. (AFFA)