Simurq Araz Naxçıvan ilə oyuna hazırdı
24 oktyabr 2014 18:30
"Simurq" Topaz Premyer Liqasının 2014/15-ci il mövsümünün ilk dövrəsinin son turunda "Araz Naxçıvan"ı qonaq edəcək. Azerisport.az xəbər verir ki, Zaqatala klubu bu gün bu qarşılaşmanın hazırlığını tamamlayaraq, istirahətə çəkiləcək.
Georgi Çixradzenin yetirmələri isinmə hərəkətlərindən sonra taktiki ve texniki tapşırıqları yerinə yetirib. Zədə səbəbindən yalnız Murad Səttarlı və Banaş Adam çalışmalarda iştirak etməyib.
Qeyd edək ki, "Simurq" - "Araz Naxçıvan" qarşılaşması oktyabrın 25-də keçiriləcək və saat 18:00-da start götürəcək. (klub saytı)