Qəbələ Neftçi ilə oyuna hazırlaşır
19 sentyabr 2014 11:55
Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində sentyabrın 21-də Qəbələdə "Neftçi" ilə üz-üzə gələcək "qırmızı-qaralar" matçın hazırlıqlarını doğma məkanda davam etdirir. Azerisport.az xəbər verir ki, ötən turdan ("Simurq" - "Qəbələ" 1:2) sonra bir gün istirahət edən, ardından isə Qəbələdə biraraya gələn "qırmızı-qaralar" sentyabrın 16-dan məşq prosesini bərpa edib.
Məşqlərdə zədəsi olan Vladimir Levin və Dodo iştirak etmirlər. (klub saytı)