İnter Xəzər Lənkəran ilə matça hazırdı
29 avqust 2014 02:30
Bu gün Topaz Premyer Liqasının 4-cü turunun ilk matçı keçiriləcək. Azerisport.az xəbər verir ki, "İnter" Lənkəranda yerli "Xəzər Lənkəran" klubuyla üz-üzə gələcək.
Paytaxt klubu ötən gün Lənkəran şəhərinə gəlib və saat 20:00-da matçın keçiriləcəyi şəhər stadionunda məşqə çıxıb. Yüngül xarakterli məşq prosesi 1 saata yaxın davam edib. Qaçışdan və isinmə hərəkətlərindən sonra futbolçular topla çalışıblar.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "İnter" qarşılaşması bu gün saat 20:00-da başlayacaq.