Qarabağın Hollandiyada məşqi
28 avqust 2014 11:23
"Qarabağ" Hollandiyada ilk məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində yerli "Tvente"nin qonağı olacaq komandamız ötən gün Bakı vaxtıyla 21:00-da oyunun keçiriləcəyi "De Grolş Veste" stadionunda hazırlıq keçib.
Komandanın məşqi 1 saat davam edib.
Qeyd edək ki, "Tvente" - "Qarabağ" oyunu bu gün keçiriləcək və saat 22:30-da başlayacaq.