Bakı Qəbələ ilə oyuna hazırdı
23 avqust 2014 12:00
“Bakı” bu gün Azərbaycan Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində evdə “Qəbələ” ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, ötən gün "zolaqlılar" oyunöncəsi son məşqini keçirib.
Saat 18:00-da başlayan hazırlığa yüngül qaçışla start verilib. Ardından futbolçular isinmə hərəkətlərini icra edib. Vacib qarşılaşma öncəsi kollektivdə əhval-ruhiyyəni yüksəldən baş məşqçi İbrahim Uzunca oyunçularına əsasən topla oynamaq tapşırığı verib. (klub saytı)