Qəbələ Hollandiyada belə hazırlaşır
23 iyul 2014 14:15
Növbəti mövsümün hazırlıqlarını Hollandiyanın Arnem bölgəsində davam etdirən "Qəbələ" ötən günü iki məşqlə tamamlayıb. Azerisport.az xəbər verir ki, günün birinci yarısında əsasən fiziki çalışmalara üstünlük verən komanda, günün ikinci yarısında taktiki və toplu məşqlər keçib.
Baş məşqçi Dorinel Muntyanunun rəhbərliyi altında baş tutan hazırlıq prosesi qapıya zərbələrlə tamamlanıb. Yüngül zədəsi olan Ruslan Əmircanov qaçışla kifayətlənib. (klub saytı)