Azərbaycanlı uşaqlar MY-də
22 iyul 2014 11:22
Bakıda təşkil olunmuş "Mançester Yunayted" Yay Futbol Məktəbinin təlim-məşq toplanışında seçilmiş Əli Abbasov, Duraxan Dövlətxanov, Zərrər Məmmədov, Ramin Nəsirli və Vəliəhd Səmədov iyulun 19-dan etibarən AFFA-nın Elit Məşq layihəsinin koordinatoru İlham Əzizzadə və "Futbol Bakcell ilə" layihəsinin koordinatoru Kamal Tağızadənin müşayiəti ilə İngiltərənin Mançester şəhərindəki Denston kollecində "Mançester Yunayted" Yay Futbol Məktəbində təlim keçirlər. Azerisport.az sizi azərbaycanlı uşaqların həmin təlimlərdəki iştirakından görüntülərlə tanış edir.