Xatirə turnirinin iştirakçıları Şəmkirdə məskunlaşıb
19 aprel 2014 00:05
Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2014” turnirinin iştirakçıları Şəmkirə yollanıb. Azerisport.az xəbər verir ki, dünən yarışın keçiriləcəyi şəhərə gələn şahmatçılar onlar üçün ayrılan mehmanxanada məskunlaşıb.
Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan “Synergy Group”un təşkil etdiyi mötəbər yarışın açılış mərasimi aprelin 19-da Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan “Synergy Group”un təşkil etdiyi mötəbər yarışın açılış mərasimi aprelin 19-da Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.