Binə stadionunda futbol festivalı keçirilib
15 aprel 2014 12:44
Məlumat verdiyimiz kimi, AFFA-nın İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən AFFA tərəfindən AZAL klubuna təyin edilmiş idman direktoru Deril Uillardın (Daryl Willard) təşəbbüsü ilə klubun bazasının yerləşdiyi ərazinin əhatəsində olan orta məktəblərdə uşaqların futbola cəlb olunması üçün festivallar təşkil edilir. Azerisport.az xəbər verir ki, növbəti belə festivallardan biri Binə stadionunda keçirilib.
Qeyd edək ki, festivalda fərqlənən uşaqlar AZAL klubunun müvafiq yaş qrupundan ibarət komandasına dəvət olunur.
(AFFA)