Üçhakimiyyətlilik
7 oktyabr 2013 16:17
Dünən qadın otüstü hokkeyçilər arasında ölkə çempionatının yüksək dəstəsində IX turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, yarışın favoritlərindən olan “Atasport-2” klubu Sumqayıtın eyni adlı təmsilçisinə böyük hesebla qalib gədib – 8:1.
Turun diqqət çəkən matçı Qusar “Samur”u ilə “Bakı” arasında baş tutub. İlk hissədə əyalət komandası 2 dəfə hesabda irəli olsa da, fasiləyə məğlub yollanıb (2:3). İkinci yarıda ölkə çempionu yaxşı oynayaraq, rəqibin qapısından daha 6 top keçirib - 9:3.
Qadınların mübarizəsində maraqlı bir mənzərə yaranıb. Yarışın dörd iştirakçısından üçü 18 xalla turnir cədvəlində liderlik edir. Topların daha yaxşı fərqinə görə “Bakı” cədvələ başçılıq edir.
Ölkə çempionatlarında növbəti görüşlər oktyabrın 13-də baş tutacaq. Həmin gün “Bakı” “Sumqayıt”la, “Atasport-2” “Samur”la qarşılaşacaq.
Komanda
|
O
|
Q
|
H
|
M
|
Qol
|
Xal
|
“Atasport-2”
|
9
|
6
|
0
|
3
|
37-17
|
18
|
"Bakı"
|
9
|
6
|
0
|
3
|
33-14
|
18
|
"Samur" (Qusar)
|
9
|
6
|
0
|
3
|
42-31
|
18
|
"Sumqayıt"
|
9
|
0
|
0
|
9
|
1-51
|
0
|