Фоторепортаж|Видео|Azərbaycanca

Футбол

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

9 февраля 2018 11:10
Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Antalyadakı təlim-məşq toplanışından sonra komandanızın durumu istənilən səviyyədədirmi?
Qane edən futbolçuların istəkli olmasıdır. Çempionatın ikinci yarısına pis hazırlaşmadılar. Amma təlim-məşq toplanışında hər şey istədiyimiz kimi olmur. Çatışmazlıqlar olur və bu normal haldır. Proqramımız üzrə çalışdıq və düşündüklərimizin hamısını olmasa da, müəyyən qədərini etdik. 
Təlim-məşq toplanışından sonra adətən klublar öz oyununu tam göstərə bilmir. Çempionatın ikinci yarısında açılış matçında da birinciliyi iki iddialı komandaQarabağ” və “Qəbələ” üzzə gələcək. Fasilədən sonra ilk matç olduğunu nəzərə alsaq, komandaların ifasında nə qədər maraqlı oyun görə bilərik?
Düz qeyd etdiniz ki, toplanışdan sonra adətən komandalar tam öz oyunundan uzaq olur. Hardasa 3-4 turdan sonra komanda oyununu tapır. Həqiqətən iki lider komanda üz-üzə gələcək. Bizim aramızda həmişə maraqlı, gərgin oyun keçib və bu dəfə də eynisinin olacağına ümid edirəm. 
Bu matçı mövsümün oyunu adlandırmaq olar? Çünki aradakı xal fərqi bir az da çoxalsa, böyük ölçüdə çempionluğun taleyinə aydınlıq gələcək...
Ümumiyyətlə, “Qarabağ” və “Qəbələ” arasında hər zaman maraqlı oyun olur. Bu bütün matçlar üçün keçərlidir. Yəni təkcə qarşıdan gələn oyuna aid deyil. Amma bu oyunla çempionluq bitir və ya yenidən başlayır kimi fikrim yoxdur. 3 xallıq sistemdə hər şey ola bilər. Hər bir məğlubiyyət digər rəqibə üstünlük verir. Biz həmişə çalışmışıq ki, komanda düzgün futbol oynasın. Məğlub da ola bilərik. Lakin öz futbolumuzu meydanda göstərməliyik. Nəticəyə gəlincə, qarşıda çox oyunlar var. “Qəbələ” ilə oyunda 3 xal çox vacibdir. Amma bu matça uduzsaq, belə olar, udsaq, başqa cür deyə yanaşmayacağıq. “Qəbələ” güclü və iddialı komandadır. Onlara hər zaman hörmət etmişik. Komandamı da həmişə onlara qarşı yaxşı kökləməyə çalışmışam.
Fasilə zamanı komandadan Dino Ndlovu və Tarik Elyunussi kimi futbolçular getsə də, yerlərinə transfer olmadı. Siz isə həmişə deyirsiniz ki, əlimin altında nə qədər çox oyunçu olsa, o qədər yaxşıdır...
Onların getməyinin də, yeni futbolçu götürməməyiniz də səbəbləri var. Əgər transfer etmədiksə, bu o demək deyil ki, axtarışda deyilik. Axtarırıq və çox futbolçu ilə maraqlanmışıq. Danışıqlar da aparmışıq. Lakin əldə edə bildiyimiz, razılaşdığımız oyunçular yoxdur. Bəzən klubla, bəzən futbolçunun özü ilə problemlər yaşanıb. Digər tərəfdən komandada oyunçuların sayı da az deyil. 20-yə yaxın futbolçumuz var. Həm də çempionatın ikinci yarısında cəmi 14 oyunumuz olacaq. Matçların sayı azdır. Bu səbəbdən də elə də narahatçılıq keçirmirəm. Təkcə narahat olduğum məsələ odur ki, zədəli oyunçularımız var və onlar ilk oyuna tam hazır olmayacaqlar. 
Nldovunun gedişindən sonra Mahir Mədətovla Ramil Şeydayev onu əvəz edə biləcək?
Bu indi belə deyil. Ndlovu burda olarkən də Ramil, Mahir və ya digər oyunçular onun mövqeyində oynayıblar. Komandada istək, hər şey qarşılıqlı olsa, daha keyfiyyətli iş çıxır ortaya. Əlimizdə olan futbolçularla boşluğu doldurmağa çalışacağıq. İndiyə qədər futbolçularımız tələblərimizi yerinə yetirməyə çalışıblar. 
Zimbabveli hücumçu Xama Billiat haqqında danışsanız da, bu məsələ Cənubi Afrika Respublikasında hər günün müzakirə mövzusudur. Onunla hər hansı danışıq olubmu?
Bu futbolçu gündəmimizdə olub. Dəfərlərlə qeyd eləmişəm ki, hər “transfer pəncərəsi” zamanı 10-15 futbolçu ilə maraqlanırıq. Bəzən danışıqlar aparırıq, bəzən klubu ilə məsələyə aydınlıq gətiririk. 
Klubu həqiqətən Billiat üçün 2,5 milyon avro istəyib?
Məbləği şişirdiblər. Düzdür, onun klubu bizdən transfer pulu istəmişdi. Amma 2,5 milyon avro deyil. Hər bir halda danışıqlar oldu, maraqlandıq və məsələ açıq olaraq qalır.  Bu gün üçün tam gündəmdə deyil. 
Amma Billatı “Qarabağ”da görə bilərik?
50/50-yədir. Olma ehtimalı da var idi, olmama ehtimalı da var. 
Riçard Almeydanın “Bursaspor”a transferi gündəmdə idi. Türkiyə klubu onu istədiyini, lakin “Qarabağ”ın buna icazə vermədiyini bildirmişdi...
Kluba hər hansı rəsmi təklif gəlsəydi, mənim xəbərim olardı. Bu məsələdə elə də ciddi müzakirələr və ya danışıqlar olmadı.  
Qafqazinfo

Другие новости этого раздела

Прочь эйфория, или Что ждет Нефтчи в Будапеште?16 июляКлуб турецкой Суперлиги намерен подписать хавбека сборной Азербайджана16 июляЗия Азизов: Верю, что в будущем буду играть за сборную15 июляСабаил упустил победу над катарским клубом15 июляШейдаев сыграл за Трабзонспор15 июляПедро Энрике: Будет здорово, когда сможем воссоединиться с Алмейдой на поле15 июляАдриан Скарлатаке: Кешля сильна, в прошлом сезоне мы трижды забили Карабаху15 июляЗире просмотрел двух игроков из Ганы15 июляПечаль фанатов – новый мотиватор Габалы15 июляМаксимов может потерять свой пост после ответного матча с Бальцаном15 июляРоман Григорчук: Я отлично знаю его возможности по чемпионату Азербайджана15 июляАлескеров пропустит больше месяца15 июляРашад Садыхов и капитаны-молчуны 15 июляНефтчи начал готовиться к ответной игре с Уйпештом без одного игрока15 июляСборная Азербайджана разгромила Кешлю15 июля
16 июля00:24 Гризманн стал первым на ЧМ-201800:15 Прочь эйфория, или Что ждет Нефтчи в Будапеште?00:09 Клуб турецкой Суперлиги намерен подписать хавбека сборной Азербайджана00:00 Златко Далич: В финале ЧМ такие пенальти не назначаются15 июля23:32 Модрич, Мбаппе, Куртуа и Кейн – лучшие на ЧМ-201821:07 Кейн стал лучшим бомбардиром ЧМ21:00 Франция чемпион, Хорватия и Бельгия - призеры ЧМ-201820:55 Франция догнала Уругвай и Аргентину по победам на ЧМ20:53 Франция одержала победу в суперфинале ЧМ20:43 Азербайджан проиграл Латвии на ЕВРО19:18 Кокаури и Мехтиев выиграли Кубок Европы18:38 Зия Азизов: Верю, что в будущем буду играть за сборную18:27 Сабаил упустил победу над катарским клубом18:08 Шейдаев сыграл за Трабзонспор15:09 Александр ПАРХОМОВСКИЙ: Уверен, что у триатлона Азербайджана есть большое будущее14:39 Агасалим Мирджавадов: Хорваты заслужили победу на чемпионате мира14:06 Педро Энрике: Будет здорово, когда сможем воссоединиться с Алмейдой на поле13:34 Адриан Скарлатаке: Кешля сильна, в прошлом сезоне мы трижды забили Карабаху13:15 Филип Озобич дал прогноз на финал ЧМ12:56 Андрей Шевченко: Это грандиозный шанс для маленькой страны выиграть чемпионат мира по футболу12:29 Зире просмотрел двух игроков из Ганы11:49 Азербайджанские баскетбольные клубы дошли до полуфинала в Грузии11:31 Печаль фанатов – новый мотиватор Габалы11:10 Максимов может потерять свой пост после ответного матча с Бальцаном10:31 Роман Григорчук: Я отлично знаю его возможности по чемпионату Азербайджана10:22 Алескеров пропустит больше месяца00:25 Гарри Кейн: Мы не смогли показать большее00:18 Рашад Садыхов и капитаны-молчуны 00:12 Нефтчи начал готовиться к ответной игре с Уйпештом без одного игрока00:07 Сборная Азербайджана разгромила Кешлю00:03 Победная серия Гусейнова в Барселоне00:00 Зире обыграл Сабах14 июля23:38 Бельгийское золото азербайджанских гимнастов20:46 Азербайджан проиграл Беларуси на ЕВРО20:23 Ширинли, Гусейнов и Велиев выиграли бронзу Кубка Европы19:51 ЧМ-2018. Бельгия стала бронзовым призером ЧМ-201819:02 Лука Модрич: Война сделала хорватов более устойчивыми18:36 Бывший голкипер Кяпаза вернулся на родину18:03 Президент Астаны: В Карабахе Педро Энрике был одним из лидеров15:23 Матч Габалы доверили североирландским арбитрам, а Нефтчи – греческим
Baku 2020
Qarabağ FK
azerisport reklam yeri
Neftchi