Azərbaycan Olimpiadada 2 üzgüçü ilə təmsil olunacaq
14 июля 2016 11:20
Azərbaycan Olimpiadada 2 üzgüçü ilə təmsil olunacaq. Azerisport.az xəbər verir ki, Rio-2016-da ölkəmizi Fatimə Alkərimova və Boris Kirilov təmsil edəcək. Onlar "wild cart" vasitəsi ilə Olimpiya Oyunlarına qatılacaq.
Əslində Olimpiadada Maksim Şemberyevin iştirakı gözlənilirdi. Çünki legioner üzgüçü Azərbaycan tarixində ilk dəfə B lisenziya normativini yerinə yetirmişdi. Ancaq onun ötən il zədə ucbatından dünya çempionatında iştirak etməməsi Olimpiadaya yollanmasına imkan verməyib. Qaydalara görə, mundialı buraxanlar yalniz A lisenziyasını yerinə yetirdiyi halda Olimpiya Oyunlarına yollanır.