Daha bir ulduz futboldan getdi
16 мая 2013 20:06
Dünya futbolunun canlı əfsanələrindən olan Devid Bekhem futbolçu karyerasını başa vurub. Azerisport.az xəbər verir ki, bu haqda İngiltərə mətbuatı məlumat yayıb.
20 illik futbolçu karyerası ərzində Bekhem “Manchester United” (1993–2003, 265 oyun, 62 qol), “Preston North End” (1994–1995, 5 oyun, 2 qol), “Real” (2003–2007, 116 oyun, 13 qol), “Los Angeles Galaxy” (2007–2012, 98 oyun, 18 qol), “Milan” (2009-2010, 29 oyun, 2 qol), PSG (2013, 9 oyun) kimi aparıcı klublarda çıxış edib.
O, bu klubların əksəri ilə dəfələrlə çempion olub, kuboklar qazanıb. Bekhem həmçinin İngiltərə yığmasında 115 oyunda 17 qola imza atıb.