MEDIA|Фоторепортаж|Видео|Azərbaycanca

ЧМ-2010

32 namizəd. №13. Paraqvay

27 мая 2010 16:00
Dosye
 
Paraqvay Futbol Assosiasiyası 1906-cı ildəyaradılıb. 1925-ci ildən FİFA-nın üzvüdür.
Paraqvay yığması iki dəfəCənubi Amerika kubokunun qalibi olub (1953, 1979). DÇ-nin final turnirlərindəyeddi dəfəiştirak edib: DÇ-98-də1/8 finalda mübarizəni dayandırıb.
 
Baş məşqçi: Xerardo Martino (Argentina)
Ən çox oyun keçirən futbolçu: Karlos Qamarra – 110 oyun
Ən yaxşı bombardir: Xose Kardoso  – 25 qol
 
Azerisport.az DÇ-də Cənubi Amerika qitəsini təmsil edəcək yığma komandaların təqdimatını davam etdirir. Çilidən sonra növbə Paraqvayındır.
 
Paraqvay yığması Cənubi Amerikada bəlkə də yeganə komandadır ki, Latın Amerikası futbolunu dəli kimi sevənlər ona biganədir. Bu, “quarani”nin digər qitə komandalarından fərqli olaraq, daha çox müdafiəyəmeylli futbola üstünlük verməsi ilə əlaqədardır.
 
Uzun müddət “zolaqlılar”ın adı Xose Luis Çilavertlə yanaşı çəkilib. Bu qapıçı futbolçu karyerasının böyük hissəsini Cənubi Amerikada keçirdi. Qitədən kənarda, xüsusilə Avropada isə uğur qazana bilmədi. Amma bu amil ona dövrünün və bəlkə də bütün dövrlərin ən yaxşı qapıçılarından biri adını qazanmağa mane olmadı. Çilavert ardıcıl iki dünya çempionatında komandasını arxasınca aparmağa çalışdı. Bir dəfə bəxtsizlik bunun qarşısını aldı, ikinci halda isə Xosenin qocalması öz sözünü dedi.
 
İndi də hesab edirlər ki, DÇ-98-də Fransanın çempion olmasında finalda iki qol vuran və tunirboyu möhtəşəm futbol sərgiləyən Zinəddin Zidanın, yarımfinalda – Xorvatiya ilə görüşdə yığma karyerası ərzində ilk və sonuncu (!) qollarını vuran Lilian Türamın, 1/4 finalda İtaliya ilə oyunsonrası seriyada bir penalti dəf edən və bütün görüşlərdə inamlı çıxışı ilə seçilən Fabyen Bartezin nə qədər böyük rolu varsa, 1/8 finalda inadkar Paraqvay müdafiəçisi və qapıçısını yaran Loran Blanın bir o qədər xidməti var. 115-ci dəqiqədə vurulan o qol “Qızıl qol” idi və istedadlı Paraqvay yığmasının qarşısını aldı. Heç kəs şübhə etmir ki, penalti seriyasında fantastik Çilavert Bartezi “diri-diri yeyəcəkdi”.
 
Bu dəfə Paraqvay daha yaxşı yığma hesab olunur. “Quarani“ final mərhələsinə öz seçmə mərhələsindən birinci yerlə çıxıb. Üstəlik, komandanın heyəti də 12 il əvvəllə müqayisədə daha rəqabətədavamlıdır. İstər qapı (Xusto Vilyar), istər müdafiə (Klaudio Morel Rodriges), istər orta xətt (Edqar Barretto), istərsə də hücum (Oskar Kardoso).
Təsadüfi deyil ki, Paravay İtaliyadan sonra öz qrupunun ikinci favoriti sayılır. Və Yeni Zelandiya ilə Slovakiyanın cərgəsindən 1/8 finala adlamamaq “quarani“ üçün faciə hesab olunacaq.
 
Qapıçılar: Xusto Vilyar (Valyadolid, İspaniya), Aldo Bobadilya (Deportivo de Medelyin, Kolumbiya), Dieqo Barreto (Serro Portyeno, Paraqvay).
 
Müdafiəçilər: Klaudio Morel Rodriges (Boka Xuniors, Argentina), Denis Kanisa (Leon, Meksika), Paulo da Silva (Sanderlend, İngiltərə), Dario Veron (UNAM Pumas, Meksika), Xulio Sezar Kaseres (Atletiko Mineyro, Braziliya), Xulio Manzur (Tiqre, Argentina), Karlos Bonet (Olimpiya, Paraqvay), Aureliano Torres (San Lorenso, Argentina), Markos Kaseres (Rasinq, Argentina), Antolin Alkaras (Brügge, Belçika)
 
Yarımmüdafiəçilər: Edqar Barreto (Atalanta, İtaliya), Kristian Riveros (Krus Azul, Meksika), Osvaldo Martines (Monterrey, Meksika), Viktor Kaseres (Libertad, Paraqvay), Enrike Vera (Universitariya de Kito, Ekvador), Conatan Santana (Volfsburq, Almaniya), Serxio Akino (Libertad, Paraqvay), Eduardo Ledesma (Lanus, Argentina), Nestor Ortiqosa (Argentinos Xuniors, Argentina), Marselo Estiqarribia (Nyuelz Old Boyz, Argentina).
 
Hücumçular: Roke Santa Kruz (Mançester Siti, İngiltərə), Nelson Haedo Valdes (Borussiya Dortmund, Almaniya), Oskar Kardoso (Benfika, Portuqaliya), Edqar Benites (Toluka, Meksika), Lukas Barrios (Borussiya Dortmund, Almaniya), Rodolfo Qamarra (Libertad, Paraqvay), Xorxe Açukarro (Nyuelz Old Boyz, Argentina).

Другие новости этого раздела

20 апреля00:20 Карабах против Габалы, Зире принимает Нефтчи00:17 Хазри и Нефтчи в ожидании финала00:12 Решимость Сумгайыта00:06 Ташкын поучаствовал в победном матче Манисы00:01 Сумгайыт четырежды огорчает Товуз 19 апреля23:35 Фуад Асланов: Его рост очень хороший для его веса. В 54 кг такого рослого бойца нет23:13 Команда Азербайджана и Агамирова вышли в финалы Кубка мира21:35 Пятеро азербайджанских шахматисток выиграли на старте ЕВРО20:37 Симонов стал вторым на Кубке мира, но не смог завоевать олимпийскую лицензию19:37 Айхан Аббасов: Если упадем духом, то это может стать большой проблемой в будущем19:13 Самир Абасов: Сегодня многим неприятно видеть нас на таких местах18:55 Шахсуварлы завершил выступление на ЕВРО18:27 Сумгайыт крупно победил ТТ и поднялся на второе место18:03 Французский хавбек Араз-Нахчывана приступил к тренировкам17:32 В Азербайджане может быть создана еще одна футбольная лига17:03 Ягуб МАМЕДОВ: Все хотят, чтобы у азербайджанских борцов был чемпион. Но сложно дать прогноз по поводу золота Олимпиады16:40 Защитник Нефтчи: За 65 минут в «милли» я научился большему, чем за 2-3 года16:05 «Милли» вскоре может остаться без главного тренера и натурализованных игроков15:40 Тренер «милли»: У меня был индивидуальный разговор с Шейдаевым на сборах15:08 20 секунд и 2 супергола от Эмрели на тренировке 14:28 Сулейманлы в погоне за Мурадлы14:02 Йенс Андерссон – о работе в Нефтчи, трансферах, целях и Божовиче13:40 АФФА оштрафовала клубы на 640 манатов13:11 Габала официально объявила о расставании с легионером12:45 В Украине отметили защитника Сабаила12:05 Капитан ТТ: Перед нами такой цели не ставили. Но, раз есть шанс, почему бы не побороться?11:37 Сумгайыт предложил японцу новый контракт11:12 Ильхам ЗАКИЕВ: По известным политическим причинам добиться результата в Париже будет непросто10:39 Зире нацелен на защитника Сабаха10:04 Абасов снова проиграл Гукешу00:12 Герой Хазри: В финале Кубка с Нефтчи нет фаворита00:01 Битвы за топ-318 апреля23:03 IJF: В Париже Гейдаров будет сфокусирован только на чемпионстве20:32 Муров и Абшерон вышли в финал19:21 Неудачный старт азербайджанских боксеров на ЕВРО19:05 «Позвонил бы я сейчас Жозе Алесио, и спросил: Поработаешь с этой командой?»18:35 Капитан «милли» – об очередном чемпионстве в Венгрии18:13 Аутсайдер грозит чемпиону: На матч с Карабахом мы выйдем за победой18:00 ГЛ победил в Евлахе и оторвался от преследователей17:50 Гусар разгромил Динамо
Архив
eTopaz
AFFA
Sabah